СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Süpürgəçi və Microsoft

Нажмите, чтобы узнать подробности

Bir nəfər şəxs Microsoft-a süpürgəçi işləmək üçün gəlir. Kadrlar şöbəsində ona suallar verilir, testlər aprılır və axırda ona deyirlər:

-Təbrik edirik, siz işə qəbul olundunuz. Bizə elektron poçtunuzu verin, sizə iş qrafiki barədə məlumatlar göndərəcəyik.

Просмотр содержимого документа
«Süpürgəçi və Microsoft»


Süpürgəçi və Microsoft

Bir nəfər şəxs Microsoft-a süpürgəçi işləmək üçün gəlir. Kadrlar şöbəsində ona suallar verilir, testlər aprılır və axırda ona deyirlər:

-Təbrik edirik, siz işə qəbul olundunuz. Bizə elektron poçtunuzu verin, sizə iş qrafiki barədə məlumatlar göndərəcəyik.

Adam deyir:”Əslində, mənim heç kompüterim belə yoxdur”. Belə olduqda idarə əməkdaşı söyləyir: “Təəssüf ki, sizi işə götürə bilmərik. Microsoftda işçiləri ilə elektron poçt vasitəsilə operativ ünsiyyət və effektiv komanda işinin koordinasiyası əsas məsələdir. Artıq heç bir çarəsi qalmayan işçi oradan ayrılır və kompüter üçün necə pul qazanacağını düşünməyə başlayır. Cibində cəmi 30 dollar va idi. O, 10 kq alma alaraq, gur bir küçəyə çıxıb “dadlı və sağlam eko-məhsullar” satmağa başlayır. Bir neçə saatdan sonra onun başlanğıc kapitalı iki dəfə, 6 saatdan sonra isə 10 dəfə artır. Başa düşür ki, belə bir tempdə işəgötürənsiz də dolana bilər. İllər keçir, adam maşın alır, əvvəl kiçik dükan, sonra mağaza açır, 5 ildən sonra supermarketlər şəbəkəsinin sahibi olur. Müəyyən müddətdən sonra o, biznesini sığortalamağa gəlir və sığorta agenti ondan sərfəli təkliflər üçün elektron poçtunu yazmasını xahiş edir.

Həmin adam, artıq iş adamı illər əvvəl olduğu kimi cavab verir:

-Nə elektron poçtum var, nə də kompüterim.

Sığorta işçisi təəccüblənir:

- Belə böyük bir sahibkarsınız, amma kompüteriniz də yoxdur?! Olsaydı, kim olardınız? deyə sığorta işçisi soruşur.

Bizim haqqında danışdığımız iş adamı cavab verir:

-“Onda mən Microsoft-da süpürgəçi olardım”.

-------------------------------------------------------------------------------------------

Şəklin müəllifi: İ. Sidorov. Süpürgəçi. 1994

Mənbə: https://www.facebook.com/sstranstviy/posts/10159703061837978


Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü