СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qədim sivilizasiyalar

Категория: История

Нажмите, чтобы узнать подробности

Bizim dünyamızın bir çox min il bundan əvvəl necə olması haqqında hələ də alimlər arasında qızğın mübahisə gedir. Qədim sivilizasiyaların mövcud olub olmaması barədə vahid bir konsessusa gəlmək olmur. 

Просмотр содержимого документа
«Qədim sivilizasiyalar»

Bizim dünyamızın bir çox min il bundan əvvəl necə olması haqqında hələ də alimlər arasında qızğın mübahisə gedir. Qədim sivilizasiyaların mövcud olub olmaması barədə vahid bir konsessusa gəlmək olmur. Bu yazıda qədim sivilizasiya haqqında qısa məlumat verilir. Onların mövcudluğuna inanmaq və ya inanmamaq isə sizin öhdənizə buraxılır......



1. Uyğur.
Bu qədim sivilizasiyanın mövcudluğunun təkzibedilməz faktı az olsa da, bu mədəniyyətin qədim Atlantida ilə həmyaşıd olması fikirləri var. Bütün alimlər birmənalı olaraq uyğurların vətəninin müasir Qobi səhrasında olması ilə razıdırlar. Eləcə də bütün alimlər uyğurların yüksək mədəni və elmi biliklərə malik olmasında həmfikirdirlər. Belə ki, ən qədim yazılı mənbələrə görə bu sivilizasiyanın qurucuları ilk dəfə - vimana adlanan uçan apparat yaratmışlar. .....

2. Lemuria
Lemuria haqqında məlumatlar az olsa da alimlərdən çoxu bu mədəniyyətin 80 min ildən artıq yaşı olduğunu söyləyirlər. Lemuria sivilizasiyası təqribən 50 min il mövcud olub. Tədqiqatçılar deyir: - onlar yaxşı inkişaf etmiş və güclü dövlət yaratmışlar. Lemuriada yaşayan - Mu xalqlarının kainat haqqında bilgiləri vardı və 28 yaşında artıq bütün elmlərə sahiblənirdilər.... Bu sivilizasiya dəhşətli zəlzələ nəticəsində dağılmışdır.....
3. Atlantida 
Atlantidanın mövcud olması elmi əsaslarla indiyədək təsdiq olunmayıb. Lakin bir çox tədqiqatçılar bu qədim sivilizasiyanın mövcud olmasını təsdiqləyirlər. Atlantida sakinlərinin inkişaf səviyyəsinin müasir insanların inkişaf səviyyəsindən qat-qat artıq olmasını iddia edənlər çoxdur. Qədim Atlantida haqqında çoxlu sayda kitab və traktatlar yazılmışdır. Hətta qədim yunan filosofu Platon da bu barədə müəyyən məlumatlar vermişdir. Platon bu qədim sivilizasiyanın mövcud olması və dəhşətli zəlzələ nəticəzində suya qərq olması haqqında mülahizə yürütmüşdür.

4.Rama Hindistan imperiyası
Bu mədəniyyətin mövcudluğu elmi - arxeoloji materiallar əsasında sübut edilmişdir. Bu sivilizasiya indiki Hindistan ərazisində yaranmış, lakin hazırda okean dibindədir. Eləcə də bu qədim mədəniyyət izlərinə Hindistan cəngəlliklərində də rast gəlmək olur. Alimlərin fikrincə bu mədəniyyətin daşıyıcıları olduqca bilikli olmuşlar. Onların tikdikləri şəhərlərdə çoxmərtəbəli binalar olmuş, şəhərlər su və kanalizasiya sistemi ilə təhciz edilmişdi... Ən maraqlısı odur ki, şəhərlər atom bombasının partlayışı nəticəsində məhv olmuşdur.... Görəsən ... 3-4 min il əvvəl atom bombası hardan ??? ...

5. Osiris mədəniyyəti 
Bu sivilizasiya müasir Aralıq dənizi hövzəsində mövcud olmuşdur. Məhz onlar qədim Misir mədəniyyətinin yaradıcıları hesab olunurlar. Məhz onlar güzlü zəlzələyə davamlı evlər tikməyi ilk başaranlar idi. Alimlər hesab edirlər ki, bu mədəniyyət daşıyıcıları elektrik haqqında bilmiş, nəqliyyatdan ( həm yerdə, həm də göydə) istifadə etmişlər. Hesab olunur ki, bu sivilizasiya ümumdünya daşqını nəticəsində məhv olmuşdur.



Əsədov Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi