СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Molla Nəsirəddin Təbrizdə

Категория: История

Нажмите, чтобы узнать подробности

Bu yazıda Qasımlı Naridə Mirəyyub qızının yazısı ilə tanış olmaq mümkündür. Naridə müəllimə bu yazılarını ingilis dilinə tərcümə etmişdir. 

Просмотр содержимого документа
«Molla Nəsirəddin Təbrizdə»

Molla Nəsirəddin Təbrizdə


Təbriz zəngin bir tarixə malikdir. Saib Təbrizilər, Səttarxanlar, Xiyabanilər yetirən Təbrizin “Ərk”, “Göy Məscid”, “Ala qapı”, “Cümə məscidi”, “Qarı körpüsü”, “Acı körpüsü”. “Sahibi amir”, “Müzəffəriyə”, “Əmir karvansarası”, “Əmir bazarı”, “Macidül-Mülk”, mağazaları və s. gözəl və tarixi abidələrilə yanaşı, memarlıq cəhətdən daha əzəmətli böyük bazarları da vardır. Bu bazarlarda hər cür adama rast gəlmək olar: ayı oynadanlar və fala baxdıranlarla yanaşı, tarixi, ədəbiyyatı, şer sənətini, riyaziyyatı yaxşı bilən, siyasətdən başı çıxan tacirlər də az deyildi.

Bu mənada Təbriz bazarını bir növ “xalq universiteti” də adlandırmaq olardı. Bu bazarlarda kitab, qəzet, jurnal tapıb oxumaq bir əyləncə idi. Ancaq Təbrizdə çıxan və ya Tehrandan gətirilən qəzet və jurnallar fars dilində yazıldığından çoxları başa düşmürdü. Belə bir şəraitdə ana dilində yazılmış qəzet və ya jurnallar tapıb oxumağa maraqlı əyləncə kimi baxırdılar. Bu mənada “Molla Nəsirəddin” jurnalının növbəti nömrəsini tapıb oxuyan hər kəs bununla fəxr edə bilərdi. Bazar əhli toplaşıb “görək bu səfər molla əmi kimə qulaqburması vermişdir” - deyə jurnalı əvvəldən axıra qədər oxutdurub qulaq asar, ondakı qəribə-qəribə şəkillərə baxıb, qah-qah ilə gülərdilər.

Təbriz və onun ətrafındakı qəsəbələrdə bu jurnala olan maraq təsadüfi deyildi. “Molla Nəsirəddin”geniş kütlənin başa düşəcəyi bir dildə - xalq dilində yazırdı. Həm də jurnal günün aktual, maraqlı, kəskin ictimai xarakter daşıyan məsələlərinə toxunurdu.

… İctimai haqsızlığı qələmə alan Molla Nəsirəddin özünə və jurnalına xüsusi bir rəğbət qazanır, əfsanəvibir şəxsiyyət kimi təsəvvür edilirdi.

“Molla Nəsirəddin” jurnalı ələ düşər düşməz hamı yığışar, jurnalda yazılanlar təhlil olunardı. Bu yığıncaqlarda “görəsən bu necə adamdır?”, “bu xəbərləri haradan toplayır və necə nəşr edir?” kimi suallar meydana çıxırdı. Hər kəs öz bilik səviyyəsinə görə bu suallara cavab verməyə çalışırdı.

1920-ci il idi. O zaman mənim 21-22 yaşım var idi. Ehtiyac üzündən həm müəllimlik edir, həm də tütnçü tacir Hacı Mirzə Ələsgərin yanında mirzəlik edirdim. … Bir gün Səfi bazarından keçərkən yoldaşlarımdan biri Molla Nəsirəddinin Təbrizə gəldiyini xəbər verdi. Bu xəbər mənim üçün gözlənilməz və çox sevindirici idi. Bu xəbəri eşidər-eşitməz Molla Nəsirəddini görmək arzusu ilə yoldaşlarımdan ayrıldım. Molla Nəsirəddinin Səfi bazarının yaxınlığında bir evdə olduğunu öyrəndim. Çəkinə-çəkinə həmin evə yaxınlaşdım. Burada birisi mənim qarşıma çıxıb, “kimi istəyirsən?” soruşsaydı, nə deyəcəkdim.

“Molla Nəsirəddini görmək istəyirəm”-desəydim, bu bəlkə də gülünc və şübhəli görünərdi …

“Molla Nəsirəddin kimdir, sənin başına hava gəlib nədir? Özgənin evində, heç kəsi yox, özü də Molla Nəsirəddini axtaranları nəzmiyyə idarəsinə göndərirlər ki, ağılları başlarına gəlsin” desəydilər, heç də təəccüblü olmazdı. …

Qəlbimi bürüyən anlaşılmaz bir hisslə, mütərəddid halda gedir, həm də öz-özümə düşünürdüm: “Elə fərz edək ki, axtardığım Molla Nəsirəddini gördüm. Əfsanələrdə olduğu kimi təsəvvür etdiyim bu qeyri-adi insanı gördükdə ona nə deyəcəkdim?”. Buna baxmayaraq, geri dönmədim. Hər necə olursa-olsun Molla Nəsirəddini görmək istəyirdim.

Mən ensiz pilləkənlərdən qalxıb eyvana çıxdım. Böyük bir otağa keçdim. Burada şəhərin 30-40 nəfərə yaxın adlı-sanlı adamları toplanmışdı. Bir tərəfə çəkilib boş bir stulda əyləşdim. Lakin qulağım səsdə idi. “Cavan oğlan! Sizə kim lazımdır?” - deyə məndən soruşa bilərdilər. Nədənsə məni dindirib-danışdıran olmadı. Sakit, eyni zamanda, ürək döyüntüsü ilə Molla Nəsirəddini axtarırdım. Məclisdə qeri-adi görkəmli bir adam yox idi. “Bəs başı əmmaməli, əlində uzun əsa, çiyinində ləbbadə, ayaqlarında nəleyin olan Molla Nəsirəddin hanı?”. Bu barədə yanımdakılardan soruşmaqdan çəkinirdim. Öz-özümə düşünürdüm: “yəqin Molla əmi burada yoxdur. Hamı ounu gözləyir”.

Bu arada bir nəfər ayağa durub dedi: “Əziz dostlar! Bildiyimiz kimi, görkəmi ədibimiz, “Molla Nəsirəddin”jurnalının banisi və müdiri hörmətli Mirzə Cəlil Məmmədquluzadə Təbrizə qonaq gəlmişdir”.

Mirzə Cəlil Məmmədquluzadə istər Orta Asiyada, istər İranda, istərsə də Türkiyədə tanınmış ədəbi simadır. Biz bugün onu öz aramızda görməklə bəxtiyarıq.

İcazə verin sözü hörmətli Mirzə Cəlil özünə verək.

Əynində Avropa libası olan ucaboylu, görkəmli bir adam ağır-ağır qalxıb, astadan danışmağa başladı:

  • Hörmətli ağalar, əziz təbrizlilər. Mən Təbriz şəhəri haqqında az eşitməmişəm. Bu gözəl şəhəri görməyi mən çoxdan arzulayırdım. İndi arzuma çatmışam, mən Təbrizdəyəm.

Aram-aram, təmkinlə deyilən bu sözləri eşitsəm də iki hissin təsiri altında heyrətdən donub qalmışdım. Molla Nəsirəddin, bu da Molla Nəsirəddin. Bu adam nəinki mollaya, heç müsəlmana da oxşamır. Halbuki uzun müddətdən bəri bu şəxsi molla şəklində, molla geyimində təsəvvür edirdim. Sakit və mehriban natiqin mənim diqqətimi maqnit kimi özünə cəlb edirdi.

  • Təbriz gözəl şəhərdir. Təbrizin bazarlarına söz ola bilməz. Buradakı dükanlarda, mağazalarda ipək, qumaş, atlas, məxmər parçalar adman gözlərini qamaşdırır. Bir çox dükanlarda yağ, kişmiş, badam, bal o qədərdir ki, bunlara baxdıqca adamın ağzının suyu axır. …

Burada Mirzə Cəlilə xas olmayan tərif qurtardı.

  • Dediyim kimi, Təbriz gözəl və böyük şəhərdir. Mağazalar, dükanlar ağzına qədər ərzaq və başqa mallarla tıxanmışdır. Söz burasındadır ki, bu qədər ərzaq və cürbəcür parçalar olan bu böyük şəhərin küçələrində dilənçi əlindən keçmək mümkün deyil. Küçələrdə acından yıxılıb uzananlara baxdıqca, o yağ-bal adamın ağzında zəhər dadı verir.

Ağalar! Siz buna necə baxırsınız ki, bu böyülükdə şəhərdə heç məktəb nəzərə çarpmır? Uşaqlar, gənclər küçələrdə avara-avara gəzir. Bunlar basil-başına buraxılıb, onların təlim-tərbiyəsi ilə demək olar ki, heç bir təşkilat maraqlanmır. Bunun əvəzində hər addımbaşı məscidlərə və olan mömin bəndələrə rast gəlirik. Əlbəttə, məscid də lazımdır, ibadət də … Lakin məktəbsiz, maarifsiz bir xalqın bugünkü dünyada yaşaya bilməyəcəyi də bir həqiqətdir. Hə … neynək, biz bu barədə çox demişik, görünür ki, hələ çox deməliyik.

Axan çayın axınında yox olub gedən çör-çöp kimi Molla Nəsirəddin haqqındakı məsumanə-yalnış təsəvvürlərim bu natiqin ruhu oxşayan danışığının təsiri altında yox olub getdi. Gözlərim qarşısında ülvi bir mənzərə canlanmaqda idi. Bu sözlərə qulaq asır, fikrimdə jurnaldakı Molla Nəsirəddin ilə bu natiqin arasında bir oxşarlıq axtarırdım. Bu iki şəxs arasında zahiri görünüş, geyim etibarı ilə böyük fərq olsa da, bu şəxsin burada dediyi sözlərlə “Molla Nəsirəddin” jurnalında yazılan sözlər arasında tam bir yaxınlıq gözə çarpırdı. Elə bil ki, jurnalda yazılan sözlərlə burada deyilən sözlər eyni adamın sözləri idi. …

Yığıncaq çox uzun çəkmədi, buradan çıxarkən bəzi sadə məsələləri aydınlaşdıra bilmişdim: indi bildim ki, Molla Nəsirəddin kimdir. Sizdən nə gizlədim, mən öz-özümə gülürdüm ki, bu asan məsələni haralara aparıb çıxarmışam. Halbuki “Molla Nəsirəddin” jurnala verilən şərti ad imiş. Bu jurnalı Qafqazda nəşr edən isə burada danışan Mirzə Cəlil Məmmədquluzadədir.

“Molla Nəsirəddin” jurnalı bir çox Şərq ölkələrində - Hindistanda, İranda, Türkiyədə, Orta Asiyada byük bir nüfuza malik olmaqla, eyni zamanda geniş kütlənin hüsn-rəğbətini qazanmış yeganə jurnal idi. Belə bir nüfuz, belə bir hüsn-rəğbəti ona qazandıran nə idi? Bunun səbəbi, hər şeydən əvvəl, bu jurnalın oxucu kütləsinin anlaya biləcəyi bir dildə, xalq dilində yazılması idi. Jurnala nüfuz, hüsn-rəğbət qazandıran əsas amillərdən danışarkən onun ictimai və siyasi xarakter daşıdığını da nəzərdən qaçırmamaq lazım gəlir. Həm də bu məsələlər, heç kəsdən qorxmadan, cəsarətli bir şəkildə irəli sürülürdü.

Bax, belə bir jurnalın nəşr edilib meydana çıxmasında məsuliyyət daşıyan Mirzə Cəlil, başda sevimli Sabirimiz olmaqlaM. S.Ordubadi, Ə. Əzimzadə, Ə. Haqverdiyev, N. Vəzirov, S. S. Axundov və Əli nəzmi kimi Azərbaycanın qabaqcıl və tərəqqipərvər şair və yazıçılarını ətrafında toplamışdı. Bütün bu faktlar Mirzə Cəlilin böyük təşkilatçılıq qabiliyyətini, həm də xalqının ağır vəziyyətinə ürəkdən yandığını, onu gerilikdən qurtarmaq üçün əsl vətəndaş-yazıçı kimi çalışdığını göstəriridi.


Əli Azəri

Ədəbiyyat, 8-ci sinif üçün dərslik

“Təhsil” Nəşriyyatı

Bakı , 2001