СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Məhəmmədhüseyn Şəhriyar

Категория: История

Нажмите, чтобы узнать подробности

Bu yazıda Qasımlı Naridə Mirəyyub qızının yazısı ilə tanış olmaq mümkündür. Naridə müəllimə bu yazılarını ingilis dilinə tərcümə etmişdir. 

Просмотр содержимого документа
«Məhəmmədhüseyn Şəhriyar»

Məhəmmədhüseyn Şəhriyar

Ustad Şəhriyarın adı farsdili ədəbiyyatda Sədi Şirazi, Hafiz Şirazinin, anadili ədəbiyyatda isə ən yeni dövr anadilli poeziyanın ən görkəmli nümayəndələrinin adı ilə yanaşı çəkilir. Cənubi Azərbaycan şeirinə xalq ruhunu, xalq həyatının unudulmaz mənzərələrini gətirmişdir.

Məhəmmədhüseyn Şəhriyar 1905-ci il martın sonu, aprelin əvvəlində dünyaya gəlmişdir. Ədibin adı Seyid Məhəmmədhüseyn Behcət Təbrizi, təxəllüsü Şəhriyardır. O, yaradıcılığının ilk dövrlərində şerlərini “Behcət” təxəllüsü ilə yazmışdır, lakin ustad sənətkar ədəbiyyat aləmində Şəhriyar kimi tanınır. Hətta onu yüksək mənada “Şairlərin Şəhriyarı” da adlandırırlar.

Şəhriyarın atası Hacı Mirağa Xoşginabi Güney Azərbaycanın Xoşginab kəndindən idi. Əsl adı Hacı Seyid İsmayıl Musəvi olan bu şəxsi “Heydərbabaya salam” poemasında Şəhriyar xatırlayır.

“Evimizin günəşi” adlandırdığı anası Kövkəb xanımdan eşidib öyrəndikləri də Şəriyarın ədəbi taleyində ciddi təsirə malik idi.

Məşrutə hərakatı dövründə təhlükəsizliyi təmin etmək məqsədilə Hacı Mirağa kişi ailəsi ata-baba yurdu olan Xoşginaba köçürmüşdür. Şəhriyarın uşaqlıq illəri Heydərbaba dağının ətəklərində, xoşginabda, Şəngilovada, Qayışqursaq kəndində. Qaraçəməndə keçmişdir. Qısamüddətli Xoşginab illəri Şəhriyarın əsas ilham qaynaqlarından birinə çevrilmişdir. Bu mərhələnin zəngin təəssüratları Şəhriyarın şah əsəri olan “Heydərbabaya salam” poemasının əsas nüvəsini təşkil edir.

Həyatının Xoşginab mərhələsində ilk dəfə məktəbə getməsi, axund Molla İbrahimdən dərs alması Şəhriyarın dünyagörüşünün inkişafı üçün ciddi təsir oyatmışdır.

Hacı Mirağa Xoşginabinin ailəsi 1912-ci ildə Təbrizə qayıtmışdır. Seyid Məhəmmədhüseyn Təbrizdə “Talibiyyə”mədrəsəsində oxuumuş, burada ərəb, fars dillərini, evdə isə xüsusi müəllim vasitəsilə fransız dilini öyrənmişdir. Bu dövrdə şair Həbib Sahirlə tanış olmuş, Mirzə Ələkbər Sabirin şerlərini oxumaq imkanı qazanmışdır. Şair ana dilində qələm aldığı ilk şerini 1913-cü ildə “Talibiyyə” məktəbində şagird ikən yazmışdır. Təbrizdəki “Mütəvəssitə” mədrəsəsində oxuyarkən 1920-c ildə onun Behcət təxəllüsü ilə yazdığı bir neçə şeir “Ədəb” adlı dərgidə çap üzü görmüşdür.

Seyid Məhəmmədhüseyn Şəhriyar 1921-ci ilin mart ayında Tehrana gələrək Darülfunun mədrəsəsində təhsilini davam etdirmişdir. O, bu mədrəsədə ikən Hafiz Şirazinin divanını oxumuş, onun sənətinə ürəkdən bağlanmışdır. Hətta o, “Şəhriyar” təxəllüsünü də Hafizin divanına üz tutmaqla qəbul etmişdir.

Şəhriyar 1924-cü ildə Tehranda Ali Tibb Universitetinə daxil olmuşdur. Bu mərhələdə (1924-1929) o ciddi uğurlar qazanmışdır. Şəhriyarın ilk şeir kitabı 1926-cı ildə Tehranda “Sədaye-xuda” (“Tanrının səsi”) adlı çap olunmuşdur. Bu kitabda zəmanəsinin görkəmli şairi, məliküş-şüəara Baharın yazdığı müqəddimədə Şəhriyar “yalnız İranın deyil, bəlkə bütün Şərq aləminin fəxri ola biləcək parlaq istdadlı şair kimi yüksək qiymətləndirilmişdir. Şairin “Məsnəviye-Ruh və Pərvanə” (“Ruh və Pərvanənin məsnəvisi”) adlı ikinci kitabı –Peyman Bəxtiyarinin öz sözü ilə 1927-ci ildə çapdan buraxılmışdır.

Nəhayət, 1929-cu ildə işıq üzü görmüş Məliküş –şüəara Bahar, Səid Nəfisi və Peyman Bəxtiyarinin ön söz yazdıqları üçüncü şeirlər kitabı Şəhriyarı ədəbi-ictimai mühitdə istedadlı şair kimi tanıtmışdır.

Ali Tibb Universitetində keçən tələbəlik illəri həm də Şəhriyarın həyatının aşiqlik dövrü hesab oluna bilər. Cavan aşiq bu illərdə Sürəyya adlı bir qızı dəlicəsinə sevmiş, lakin Pəri adlandırdığı həmin gözələ qovuşa bilməmişdir. Çünki çair eşqinə rəqib kimi “adını və vəzifəsini demək istəmədiyi güclü bir şəxslə üz-üzə gəlmiş”dir. O zamankı İran şahının qohumu olan bu qorxulu şəxs Şəhriyarı həbsxanaya saldırmış, az sonra Tehranı tərk etmək şərti ilə onun həbsxanadan buraxdırıb Nişapura sürgün etdirmişdir. Beləliklə, Şəhriyar Ali Tibb Universitetində diş həkimliyi və əcazaçılıq fakültəsini bitirməyinə cəmi 2-3 ay qalmış Tehranı tərk edir. Nakam məhəbbət Şəhriyarın “Həzin nalələr”, “İtmiş Yusif”, “Odda yanan pərvanə”, “Köynəyin qoxusu”, “Dəli Pəri”, “Behcətabad xatirəsi” kimi təsirli şeirlərində təsvir olunmuşdur.

Uzun və üzücü sürgün həyatından sonra Şəhriyar 1935-ci ildə Tehrana qayıtmışdır. Kənd təsərrüfatı bankında işə düzələn şairin həyatında mənəvi böhran və xəstəliklər davam edir. Hətta 1937-ci ildə dörd ay çəkən Təbriz səfəri də onun bu böhrandan xilas olmasına kömək edə bilmir. Şəhriyar bu mərhələdə fars dilində yazdığı kamil şeirlərlə ədəbi mühitdə yenidən parlamış, zəmanəsinin Hafizi adını qazanmışdır. O, İranda yeni sərbəst şeirin banilərindən sayılan Nima Yeşiclə tanış olmuşdur. Anasının Tehrana səfərləri, keçən günlərdən, doğma el-obasından söhbətlər görkəmli sənətkarın ruhunu təzələmişdir.

Kövkəb xanım 19 avqust 1952-ci ildə Tehranda vəfat etmiş və Qum şəhərində Şəhriyarın atası Hacı Mirağa Xoşginabinin məzarının yanında torpağa tapşırılmışdır. “Ey vay, anam!” şerində ana-övlad məhəbbəti dolğun şəkildə mənalandırılır.

Ustad Şəhriyar ona illərdən bəri dava edən haqsız biganə münasibətindən narazı qalmış, 1953-cü ildə qəti olaraq ana Təbrizə üz tutmuşdur.

Şəhriyar 1937-ci ildə görkəmli alim və ictimai xadim, “Varlıq” dərgisinin naşiri, doktor Cavad Heyətin təkidi ilə Tehrana getmişdir. Bu dövrdə Bulud Qaraçorlu Səhənd də ona hər cəhətdən maddi və mənəvi dəstək olmuşdur. Lakin, 1974-cü ilin fevral ayında arvadı Əzizə Əbdülxaliqinin qəflətən vəfat etməsi onu sarsıtmış və çox qısa müddətdən sonra, o birdəfəlik olaraq Təbrizə dönmüş və ömrünün sonunadək orada yaşamışdır. Şəhriyarın qayıdışı ilə Təbriz azərbaycandilli milli şeirin baş qərargahına çevrilmişdir. Təbrizdə Azərbaycan şeirinin Şəhriyar məktəbi yaranmışdır.

Ustad Şəhriyar 18 sentyabr 1988-ci ildə Tehranın Mehr xəstəxanasında vəfat etmiş, 20 sentyabrda Təbrizdəki Surxab qəbristanlığında “Məqbərətüş-Şüəra” (“Şairlər məqbərəsi”ndə) dəfn olunmuşdur.

XX yüzillikdə Arazın o tayında və bu tayında “Heydərbabaya salam” poeması qədər geniş yayılmış, bütün xalq tərəfindən sevilən ikinci bir əsər tapmaq çətindir. Buna görədir ki, ustad Məhəmmədhüseyn Şəhriyarı “Heydərbaba şairi” də adlandırırlar.

Şəhriyarın “Heydərbabaya salam” poemasını anası Kövkəb xanımın “Oğlum, sənə böyük şair deyirlər, fəqət necə yazırsan ki, mən anlamıram” sözlərinin təsirilə, həmin müdrik kəlamlara cavab olaraq yazmışdır. Şairin özü etiraf etdiyi kimi, “uşaqlıq illərində bərabər oynayıb əyləndiyi insanların zövqünü oxşayan parçalar” yazmaq arzusu da “Heydərbabaya salam” poemasının meydana çıxmasına təsir göstəmişdir.

“Heydərbabaya salam” böyük Vətən məhəbbəti poeması, ciddi vətənpərvərlik əsəridir.

Əsərdə şair Şəhriyar həm də mahir bir rəssam Şəhriyar kimi uğurla çıxış edir.

“Heydərbabaya salam” poemasında dağ obrazı özünəməxsus yer tutur. Dağ vətənin rəmzidir. Şəhriyar Heydərbaba dağına daha çox Vətənin rəmzi, həm də uşaqlıq xatirələrinin şahidi kimi üz tutur. Poemanın ikinci hissəsi Şəhriyarın real müşahidələri əsasında yazıldığı üçün burada bəşəri mətləblərdən çox konkret problemlərə diqqət yetirilmişdir. “Heydərbabaya salam” poemasının birinci hissəsi Şəhriyarın romantik dünyasını oxuculara çatdırırsa, ikinci hissə şairin gerçək mövqeyini, realizmini bəyan edir.

“Heydərbabaya salam” poemasında şairin özünün bədii obrazı canlandırılmışdır. Burada o uşaqlıq xatirələri dünyasının fəal iştirakçısı da Şəhriyar özüdür. O, qayğılı-düşüncəli Vətən oğlu və milli şeirin sərkərdəsi olan Şəhriyar özüdür.

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması həm də şeirdən yoğrulmuş möhtəşəm Azərbaycan dili abidəsidir.

“Heydərbabaya salam” poeması 76 dilə tərcümə olunmuşdur. Hələ, böyük şairin sağlığında 7 dekabr “Şəhriyar günü” kimi elan edilmişdi. Bakının ən böyük saraylarından biri Şəhriyarın adını daşıyır.

Ədəbiyyat

Ümumtəhsil məktəblərinin

11-ci sinfi üçün dərslik

Çaşıoğlu , 2006





















Muhammedhuseyn Shahriyar

(An Extract)

Master Shahriyar’s name is remembered in Persian Literature together with Sedi Shirazi, Hafiz Shirazi. But in the native language his name is remembered together with the most outstanding representatives of the newest age native language poetry. He brought folk spirit, unforgettable views of national life to the Sothern Azerbaijan poem.

Muhammedhuseyn Shahriyar was born at the end of March and at the beginning of April in 1905. The writer’s name is Seyid Muhammed Behjet Tabrizi, but his nickname is Shahriyar. At the early periods of his activity he wrote his poems with the nickname “Behjet”, but the master is famous in the literature world as Shahriyar. He is even called “Shahriyar of poets”.

Shahriyar’s father Haji Miragha Khoshginabi was from Khoshginab village of the Southern Azerbaijan. Being the real name Haji Seyid Ismail Musevi, Shahriyar remembered this man in the poem “Greetings to Heydarbaba”.

The learning that he had heard from his mother whom he called “The sun of our house” played a great role in Shahriyar’s literary fortune.

During the revolution for the safety intention Haji Miragha moved to the ancestors’ native land Khoshginab with his family.

Shahriyar’s childhood passed in Heyderbaba Mountain in Khoshginab, in Shangilova, in Gaishgursag village and in Garachaman. Short termed Khoshginab years became one of Shahriyar’s main inspiration sources. The wealthy impression of this stage forms the basis of Shahriyar’s masterpiece “Greetings to Heydarbaba” poem.

Going to school for the first time at Khoshginab stage of his life, studying at Akhund Molla Ibrahim played an important role at the development of Shahriyar’s world-outlook.

Haji Miragha Khoshginabi’s family returned to Tabriz in 1912. Seyid Muhammedhuseyn studied at “Talibiyya” madrasa, here he learned Arabic, Persian languages and at home he was taught French by means of a special teacher. At this period the poet met Habib Sahir, read Mirza Alakbar Sabir’s poems. The poet wrote the first poem in the native language while he was a pupil at “Talibiyya” school in 1913. His some poems written with “Behjet” nickname were published in 1920 in the magazine named “Adab” when he was studying at “Mutavassita” madrasa in Tabriz. Returning to Tehran in March in 1921 Muhammedhuseyn Shahriyar continued his education at “Darulfunun” madrasa. When he was at this madrasa he read Hafiz Shirazi’s divan. Even he accepted the nickname “Shahriyar” from Hafiz’s divan.

In 1924 Shahriyar entered The Supreme Medical University in Tehran. During 1924-1929 years he gained serious successes. Shahriyar’s first poem book was published in Tehran with the name “Sadaye-Khuda” (“God’s voice”). In the foreword (introduction) written by Malikushshuara Bahar the outstanding poet of its time Shahriyar was estimated as “not only of Iran, but also the proud of all the East World”.

The poet’s second book named “Masnaveyi-Ruh” (“The Spirit and the Butterfly Masnavi”) was published in 1927 with Peyman Bakhtiyari’s foreword.

Finally, published in 1929 his third poems book written with the foreword by Malikush Shuara Bahar, Said Nafisi and Peyman Bakhtiyari made Shahriyar known in the literary public sphere as a talented poet.

The student years passed at the Supreme Medical University may also be considered the love period of Shahriyar’s life. At that period the young lover was madly in love with a girl named Surayya, but he couldn’t merge the same beautiful girl whom he called Pari. Because, the poet had to stay face to face with a strong man “as a rival to his love” whose named and charge he didn’t want to say. This terrible man being a relative of the shah of Iran arrested Shahriyar, a bit later he liberated him form the prison with the condition of leaving Tehran and exiled him to Nishapur. So, Shahriyar left Tehran having 2-3 months for graduating from the faculty of dentist and pharmacist at The Supreme Medical University. The unfortunate love was described in “Dismal Weeping”, “Missed Yusuf” , “The Flaming Butterfly in the fire”, “The smell of the shirt”, “Mad Pari”, “The Memory of Behjetabad” poems.

After a long and a tired exile life Shahriyar returned to Tehran in 1935. Moral crisis and illness continued in the life of the poet who was working at the agricultural bank. Even in 1937 four month continued Tabriz visit couldn’t help him saving himself from the crisis. He got Hafiz Name of his age in the literary atmosphere with his poems written in Persian. He met Nina Yeshich who was considered one of the founders of free poem genre in Iran. His mother’s visits to Tehran, conversations about passed days, native home land renovated the spirit of the craftsman.

Kovkab Khanum died on the 19th of August in 1952 in Tehran and she was buried near Shahriyar’s father Haji Miragha Khoshginabi’s grave in Gum city. The poem “Ey vay, my mother” expresses mother-child love.

The poet was disagreeing with the continued unjust, careless respect of Tehran since ten years and in 1953 he decisively returned to mother Tabriz.

In 1973 Shahriyar went to Tehran with the insistence of the outstanding scientist and public-man, editor of “Varlig” magazine doctor Javad Heyat. At that time Bulud Garachohurlu Sahand also gave him financial and moral support in all sides. But in the February of 1974 his wife Aziza Abdulkhalig’s sudden death shocked him and after a very time he returned to Tabriz once and for all and lived there till the end of his life. Tabriz became the supreme headquarters of Azerbaijan national poem with Shahriyar’s returning. Shahriyar school of Azerbaijan poem was created in Tabriz.

Master Shahriyar was died on the 18th of September in 1988 at Mehr Hospital of Iran and was buried on the 20th of September in Surkhab cemetery in “Magbaratush-Shuara” (“Poet’s tomb”) in Tabriz.

It is difficult to find the second poem spread as large as “Greetings to Heydarbaba” at this side and that side of Araz and loved by all people in the 20th century. That is why Master Muhammedhuseyn Shahriyar is called “The poet of Heydarbaba”.

Shahriyar wrote the poem “Greetings to Heydarbaba” with the influence and as a reply to the same wise words of Kovkab khanum “My son you are called a great poet, but how you write that I can’t understand you”. As the poet confessed having a wish “to write couplets to the taste of the people with whom he spent a good time in his childhood” also influenced the appearance of the poem “Greetings to Heydarbaba”.

“Greetings to Heydarbaba” is a great native land love poem and serious patriotism work. In the poem Shahriyar also acts as a skillful painter Shahriyar.

A mountain role takes an important part in the poem “Greetings to Heydarbaba”. Shahriyar addresses to Heydarbaba Mountain much more as the symbol of the motherland and also the eye-witness of the childhood memories.

As the second part of the poem was written according to the real observations of the poet, the concrete essence takes an important part in the poem. If the first delivers Shahriyar’s romantic world to the readers, but the second part declares the poet’s real position and his realism.

At the poem “Greetings to Heydarbaba” the poet’s own image was portrayed. Here the active participant of the childhood memories world is Shahriyar himself. He is a careful-thoughtful motherland son and a warlord Shahriyar national poem.

Muhammedhuseyn Shahriyar’s poem “Greetings to Heydarbaba” is also a splendid Azerbaijan Language monument kneaded from poem.

The poem “Greetings to Heydarbaba” has been translated into 76 languages. Still, while the great poet was alive, 7th of December was declared as “Shahriyar’s Day”. One of the biggest palaces of Baku is named after Shahriyar.

Translated by Naride Gasimli

Literature textbook for the eleventh forms

“Chashioglu” Publishing House, Baku2006

Absheron District, Mehdiabad settlement,

Secondary school №1

An English teacher

























































































































































































9