СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Hindli tacir və ingilis əsgəri

Категория: История

Нажмите, чтобы узнать подробности

Böyük Britaniya işğalçılıq müharibələri yolu ilə Hindistanı öz müstəmləkəsinə çevirir. ..ingilis əsgəri yerli bazarda alış-veriş edərkən bir hindli tacirlə sözü düz gəlmir.

Просмотр содержимого документа
«Hindli tacir və ingilis əsgəri»

Hindli tacir və ingilis əsgəri

Böyük Britaniya işğalçılıq müharibələri yolu ilə Hindistanı öz müstəmləkəsinə çevirir. ..ingilis əsgəri yerli bazarda alış-veriş edərkən bir hindli tacirlə sözü düz gəlmir. Onlar mübahisə edirlər və əsgər tacirə bir şillə vurur, tacir də sakit dayanmır və əsgəri şillələyir. Bu hadisədən özünü itirən əsgər hərbi hissəsinə gələrək əhvalatı olduğu kimi komandirinə danışır. Biz qalib gəlmişik ancaq onlar bizə qarşı belə hərəkət etməyə cürət edirlər söyləyir.

Komandir isə əsgərə məsləhət görür ki, geri dönsün, həmin taciri tapsın və onu tərifləsin, onu cəsarətli adlandırsın, onun hərəkətindən ruhlandığını bildirsin və tacirə öz işini daha yaxşı qurmaq üçün pul versin. Üstündən bir müddət keçir. Günlərin bir günü komandir əsgərdən bu barədə soruşur.Əsgər də kömandirin dediklərinin hamsını yerinə yetirdiyini bildirir. Komandir deyir:- Sabah həmin bazara get və o taciri bir də vur. Ertəsi günü əsgər bazara yollanır. .. Tacir artıq özünə yeni dükan almış, mallarını artırmışdı. İşləri də lap yaxşı gedirdi. Qazancı çoxalmışdı. Əsgər tacirə yaxınlaşır və onu şillələyir. Tacir isə sakitcə yerində dayanaraq bir kəlmə də olsa söyləmir. Hərbi hissəyə dönən əsgər əhvalatı komandirinə danışdı. Komandir isə cavab verdi:” Əvvəllər o hindli tacirin vicdanından başqa heç nəyi yox idi və ona görə də onu qoruyaraq sənə cavab qaytarmışdı. İndi isə sənin onun üçün etdiklərin sayəsində sərvət sahibi oldu. Hindli tacir vicdanını sərvətə satdığı üçün sənə cavab vermədi”.













Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi